Kamil Nəbiyev: “Ölkə birinciliyinə çox ciddi hazırlaşırdım”

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir. Bu gün ikinci yarış günündə körpücük üzərinə ilk olaraq yaşı 15-ə qədər olan oğlanlar arasında 62 və 69 kq çəki dərəcəsində mübarizə aparan atletlər çıxıblar.

62 kq çəki dərəcəsində toplam 178 kq (78+100) nəticə ilə Kamil Nəbiyev layiq görülüb. Ağır atlet yarışdan sonra qələbə sevincini AAAF TV ilə bölüşüb: “Yarışda çempion olduğum üçün sevinirəm. Ölkə birinciliyinə yanvar ayından çox ciddi hazırlaşırdım. Bütün məşqçilərimə təşəkkür edirəm”.

Paylaş
Şərh yaz