Mayın 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində ikinci yarış günü başa çatıb. Körpücük üzərinə son olaraq yaşı 17-yə qədər olan oğlanlar arasında çəkisi 62 kq-a qədər olan atletlər çıxıblar.
Bu çəkidə toplam 250 kq (110+140) nəticə ilə Rüstəm Qasımov Azərbaycan birinciliyinin qalibi adını qazanıb. Gümüş medalı 206 kq (89+117) nəticə ilə İsa Həsənli, bürünc medalı isə 205 kq (90+115) nəticə ilə Novruz Muxtarlı əldə edib.
Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.
62 kq
N | Ad | İl | Şəhər/rayon | Klub/Cəmiyyət | Çəkisi | Birdən | Təkanla | Toplam |
1. | Qasımov Rüstəm | 2002 | Lənkəran | Təhsil | 61.0 | 110 | 140 | 250 |
2. | Həsənli İsa | 2002 | Lənkəran | Zirvə | 61.7 | 89 | 117 | 206 |
3. | Muxtarlı Novruz | 2002 | Sumqayıt | Təhsil | 61.9 | 90 | 115 | 205 |
4. | Heydərov Seymur | 2001 | Neftçala | Zirvə | 61.9 | 93 | 111 | 204 |
5. | Qocayev Yaqub | 2001 | Qazax | UGİM | 62.0 | 91 | 105 | 196 |
6. | Mədətov Nicat | 2002 | Qobustan | UGİM | 60.5 | 78 | 90 | 168 |
7. | Heydərov Cavid | 2002 | Neftçala | Zirvə | 59.8 | 77 | 90 | 167 |
8. | Qədirov Əfqan | 2001 | Qobustan | UGİM | 59.4 | 75 | 90 | 165 |
9. | Məmmədov Çümşüd | 2001 | Yevlax | UGİM | 57.1 | 0 | 0 | 0 |
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action