Bu gün Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur. 1993-cü il iyunun 15-də Azərbaycanda sabitlik, qanunçuluq və ədalətin intizarında olan milyonlarla insanın çağırışının nəticəsi olaraq Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdı və Ali Sovetin sədri seçildi. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildə dövlət statusu verilib.
Azərbaycan Ağır Atletika Federasiyası xalqımızı Qurtuluş Günü münasibəti ilə təbrik edir, Heydər Əliyev ideyalarının davamçısı olan prezidentimiz İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində dövlətimizə daha böyük nailiyyətlər arzu edir!
Bu gün Azərbaycanda həm də Ramazan bayramı qeyd olunur.
Müqəddəs Ramazan ayı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmizvicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.
Azərbaycan Ağır Atletika Federasiyası sizə Allahdan etdiyiniz dualar, tutduğunuz oruc və qıldığınız namazların qəbul olunmasını arzulayır!
BAYRAMLARINIZ MÜBARƏK!