7-15 iyul tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 3-cü seçmə mərhələ yarışları keçiriləcək. Məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.
Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda iyulun 7-8-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulacaqlar. 11-12 iyul tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, iyulun 14-15-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.
Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaqlar. Mərhələ yarışlarında 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000 və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcəkdir.
Mərhələ yarışları ildə 4 dəfə keçirilir.
Seçmə mərhələ yarışlarına qatılacaq idmançıların ilkin yanaşma tələbləri:
№ | Çəki dərəcələri/kq/ | 16 yaş /kq/ | 15 yaş /kq/ | 14 yaş /kq/ | 13 yaş /kq/ | 12 yaşadək /kq/ |
1. | 26 | 65 | 55 | 45 | 35 | 30 |
2. | 30 | 70 | 60 | 50 | 40 | 35 |
3. | 34 | 75 | 65 | 55 | 45 | 40 |
4. | 38 | 80 | 70 | 60 | 50 | 45 |
5. | 42 | 85 | 75 | 65 | 55 | 50 |
6. | 46 | 90 | 80 | 70 | 60 | 55 |
7. | 50 | 95 | 85 | 75 | 70 | 60 |
8. | 56 | 105 | 90 | 80 | 75 | 65 |
9. | 62 | 115 | 100 | 85 | 80 | 70 |
10. | 69 | 130 | 110 | 90 | 85 | 75 |
11. | +69 | 145 | 125 | 105 | 95 | 85 |
– 17 yaşlı idmançılar üçün ilkin yanaşma – III dərəcə
– 18 yaş və daha böyüklər üçün ilkin yanaşma – II dərəcə
– Yarışın qalib və mükafatçıları, qaldırdığı ağırlığa və şəxsi çəkiyə müvafiq “Sinkleyr” cədvəli əsasında müəyyən olunacaqdır.
Yarışların vaxt cədvəli ilə aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:
Abşeron. 7-8 iyul.
Qrup | Yarış |
7 iyul | |
Qadınlar | 11:00 |
2008-ci illər | 12:00 |
2007-ci illər | 13:00 |
2006-cı illər | 14:30 |
2005-ci illər | 16:30 |
2004-cü illər | 18:30 |
8 iyul | |
2003-cü illər | 11:00 |
2002-ci illər | 12:00 |
2001-ci, 2000-ci illər və daha böyük | 14:00 |
Lənkəran. 11-12 iyul.
Çəkilmə hər gün saat 09:00-da başlanır.
Samux. 14-15 iyul.
Çəkilmə hər gün saat 09:00-da başlanır.