3-cü seçmə mərhələ yarışları Lənkəranda davam edib

7-15 iyul tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 3-cü seçmə mərhələ yarışları keçirilir. Məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçirilir. 11-12 iyul tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı təmsil edən atletlər körpücük üzərinə çıxıblar. 200-ə yaxın idmançı qüvvəsini sınayıb

İyulun 14-15-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər medal mübarizəsi aparacaqlar.

Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaqlar. Mərhələ yarışlarında 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000 və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcəkdir.

Mərhələ yarışları ildə 4 dəfə keçirilir.

Lənkəran mərhələsinin nəticələri ilə aşağıda tanış ola bilərsiniz:

zona 3 lenkeran 2018

Paylaş
Şərh yaz