22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyində üçüncü yarış gününə start verilib. 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.
İlk olaraq Anna Opanasyuk yaşı 15-ə qədər olan qızların mübarizəsində 58 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, 52 kq nəticə ilə birdən qaldırma, 65 kq nəticə ilə təkanla qaldırma hərəkətində, həmçinin toplam 117 kq (52+67) nəticə 5-ci yeri tutub.