22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxırlar.
Bu gün millimizin üzvlərindən Yaşar Mamayev yaşı 15-ə qədər olan oğlanların mübarizəsində 77 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 103 kq nəticə ilə 5-ci, təkanla qaldırma hərktind siə 126 kq nəticə ilə 4-cü yeri tutub.
Toplam 229 kq (103+126) nəticə göstərən Yaşar Mamayev yekun sıralamada 5-ci pillədə qərarlaşıb.