Ömər Cavadov ölkə birinciliyinin qalibidir!

13-14 sentyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.

Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 56 kq-a qədər olan atletlər çıxıb. Toplam 203 kq (93+110) nəticə ilə Ömər Cavadov bütün rəqiblərini arxada qoyub. İkinci yeri 191 kq (86+105) nəticə ilə İsmayıl Məmmədov, üçüncü yeri isə 181 kq (80+101) nəticə ilə Rusif Əhmədov tutub.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

 

56 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Cavadov Ömər 2002 Xırdalan Zİrvə 56.0 93 110 203
2. Məmmədov İsmayıl 2000 Lerik Zirvə 52.9 86 105 191
3. Əhmədov Rusif 2001 Bakı Təhsil 56.0 80 101 181
4. Həsənov Fuad 2003 Lənkəran UGİM 54.1 80 95 175
5. Məmmədov Tehran 2003 Qobustan UGİM 52.4 71 91 162
6. Tağıyev Əvəz 2002 Neftçala Zirvə 44.8 64 82 146
7. Quliyev Seymur 2001 Neftçala Zirvə 54.4 65 80 145
8. Məmmədov Rövşən 2003 Neftçala Zirvə 49.7 0
9. Həsənov Tarif 2001 Neftçala Zirvə 56.0 62

 

Paylaş
Şərh yaz