Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə start verilib. Körpücük üzərinə ilk olaraq qadınlar çıxıb. Yaşı 20-yə qədər olan gənc qadınlar arasında qızıl medala toplam 170 kq (70+100) nəticə və 246.30 xalla Səbinə Əzimova layiq görülüb.
İlk pillənin sahibi olan ağır atletimiz yarışdakı çıxışı ilə təəssüratlarını AAAF TV ilə bölüşərək Azərbaycan birinciliyinin yüksək səviyyədə təşkil olunduğunu da diqqətə çatdırıb: “Bütün məşqçilərimə təşəkkürümü bildirirəm. Qarşıda daha böyük yarışlar olan Dünya və Avropa çempionatları gəlir, burada da daha yaxşı nəticə göstərmək istəyərdim. Qeyd edim ki, biz yığma komanda üzvləri olaraq Şüvəlandakı təlim-məşq toplanışımızı da davam etdiririk. Toplanış çox gözəl keçir və məşqçilərə minnətdarıq ki, bizə hər zaman dəstək olurlar”.