Kənan Xəlilov fəxri kürsünün ən yüksək pilləsində

13-14 sentyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ilk yarış günü başa çatıb. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.

Son olaraq yaşı 20-yə qədər olan atletlər 69 kq çəki dərəcəsində qüvvələrini sınayıblar. Toplam 260 kq (125+135) nəticə ilə Kənan Xəlilov qızıl medalı boynundan asıb. İkinci yeri 235 kq (105+130) nəticə ilə Nurlan Rəsulov, üçüncü yeri isə 214 kq (97+117) nəticə ilə Sahibov Həsənağa tutub.

Yaşı 23-ə qədər olan gənclər arasında mütləq qaliblər sabah bütün yarışlar bitəndən sonra məlum olacaq.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

69 kq.   A qrupu.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Xəlilov Kənan 1999 Neftçala Zirvə 69.00 125 135 260
2. Rəsulov Nurlan 2002 Xırdalan Zirvə 68.20 105 130 235
3. Sahibov Həsənağa 2002 Qobustan UGİM 64.90 97 117 214
4. Əskərzadə Samir 2002 Neftçala Zirvə 64.40 98 115 213

 

69 kq.   B qrupu.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Usubov Fərid 1997 Neftçala Zirvə 65.5 95 120 215
2. Həsənov Ruslan 2000 Gəncə Təhsil 65.3 90 115 205
3. Həsənov Nizami 2001 Gəncə Təhsil 69.0 92 110 202
4. Muxtarlı Novruz 2002 Sumqayıt Təhsil 64.5 85 110 195
5. Qarayev Nurlan 2002 Gəncə Təhsil 66.5 80 95 175
6. Yusifov Murad 2003 Goranboy Zirvə 68.6 80 90 170

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz