13-14 sentyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə start verilib. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.
İlk olaraq 77 kq çəki dərəcəsində mübarizə aparan atletlər qüvvələrini sınayıblar. Toplam 286 kq (125+161) nəticə ilə Kənan Əliquliyev qızıl medala sahib çıxıb. İkinci yeri 254 kq (112+142) nəticə ilə İsmayıl Baxışov, üçüncü yeri isə 243 kq (108+135) nəticə ilə Rəsul Nəsrullayev tutub.
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
77 kq
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Əliquliyev Kənan | 1998 | Lənkəran | Zİrvə | 76.60 | 125 | 161 | 286 |
2. | Baxışov İsmayıl | 2001 | Qobustan | Zirvə | 76.20 | 112 | 142 | 254 |
3. | Nəsrullayev Rəsul | 1998 | Sumqayıt | Təhsil | 72.90 | 108 | 135 | 243 |
4. | Həsənli İsa | 2002 | Lənkəran | Zirvə | 76.30 | 97 | 130 | 227 |
5. | Qasımzadə Ümid | 2001 | Cəlilabad | Zirvə | 71.80 | 92 | 102 | 194 |
6. | Mustafayev Coşqun | 2002 | Qazax | Zirvə | 77.00 | 90 | 102 | 192 |
7. | Quliyev Sənan | 1995 | Samux | Zirvə | 77.00 | 0 | – | – |