Lalə birdən qaldırma hərəkətində 67 kq-ı ram edərək bu hərəkətdə 6-cı olub.
Atletimiz təkanla qaldırma hərəkətində 80 kq-ın öhdəsindən gəlməyi bacararaq bu hərəkətdə də 6-cı ola bilib.
Toplam 147 kq (67+80) nəticə göstərən Lalə Rzazadə bu çəkinin yekun sıralamasında 6-cı pilləni tutub.
Yarışdan sonra Lalə hisslərini bizimlə bölüşüb: “Olimpiadada çıxış etmək böyük fəxrdir. Düzdür, istərdim ki, daha yaxşı çıxış edim və Vətənə medalla qayıdım. Ancaq təəssüf ki, bu dəfə alınmadı. Mənim üçün yaxşı təcrübə oldu. Söz verirəm ki, qarşıdakı yarışlarımda daha yaxşı çıxış edəcək, uğur qazanacağam. Məni dəstəkləyən hərə kəsə təşəkkür edirəm”.
Laləni Olimpiya Oyunları kimi mötəbər yarışda böyük təcrübə toplamaq imkanı əldə etdiyinə görə təbrik, çıxışına görə təşəkkür edirik!
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action