Oktyabr ayının 20-27-si tarixlərində Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.
Onlardan daha biri – Rüstəm Qasımov yaşı 20-yə qədər olan gənclərin 62 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb.
Atletimiz birdən qaldırma hərəkətində 114 kq-ı qaldırmaqla 7-ci olub.
Rüstəm təkanla qaldırma hərəkətində 138 kq-ı ram edərək bu hərəkətdə 8-ci yeri tutub.
Toplam 252 kq (114+138) nəticə göstərən Qasımov yekun sıralamada 8-ci pillədə qərarlaşıb.