Gülçin Əlizadə Avropa birinciliyində yarışdı

Oktyabr ayının 20-27-si tarixlərində Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

Onlardan daha biri – Gülçin Əlizadə yaşı 23-ə qədər olan gənclərin mübarizəsində 58 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb.

Atletimiz birdən qaldırma hərəkətində 65 kq-ı ram edərək bu hərəkətdə 7-ci olub.

Gülçin təkanla qaldırma hərəkətində 84 kq-ı qaldıraraq bu hərəkətdə 7-ci yeri tutub.

Toplam 149 kq (65+84) nəticə ilə Əlizadə Avropa birinciliyində 7-ci pillədə qərarlaşıb.

Paylaş
Şərh yaz