Oktyabr ayının 20-27-si tarixlərində Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak ediblər.
Onlardan sonuncusu – Elnarə Abbasova yaşı 23-ə qədər olan gənclərin 69 kq çəki dərəcəsindəki mübarizəsində körpücük üzərinə çıxıb.
O, birdən qaldırma hərəkətində 77 kq-ı ram edərək 10-cu olub.
Atletimiz təkanla qaldırma hərəkətində 105 kq-ı qaldıraraq 5-ci yeri tutub.
Toplam 182 kq (77+105) nəticə ilə Elnarə Abbasova Avropa birinciliyini 7-ci pillədə başa vurub.