Atletlərimizin dünya çempionatındakı çıxış cədvəli məlumdur

1-10 noyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində kişilər və qadınlar arasında ağır atletika üzə dünya çempionatı keçiriləcək. Aşqabad Olimpiya Kompleksində təşkil olunacaq yarışda 91 ölkədən 693 atlet medallar uğrunda mübarizə aparacaq. Dünya çempionatında Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edəcəklər.

Komandamızın üzvlərinin çıxış cədvəli məlumdur. Onu sizə təqdim edirik:

N Adı Çəki dərəcəsi Qrup Gün Saat
1. Məhəmməd Məmmədli 61 kq C 1 noyabr 18:00
2. Kənan Xəlilov 67 kq C 2 noyabr 07:00
3. Rüstəm Qasımov 67 kq C 2 noyabr 07:00
4. Füqan Əliyev 73 kq D 2 noyabr 07:00
5. Paşa İbrahimli 73 kq C 3 noyabr 07:00
6. Kənan Əliquliyev 81 kq D 4 noyabr 07:00
7. Tarmenxan Babayev 89 kq C 6 noyabr 09:00
Paylaş
Şərh yaz