1-10 noyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçiriləcək kişilər və qadınlar arasında ağır atletika üzrə dünya çempionatı davam edir. Aşqabad Olimpiya Kompleksində təşkil olunan yarışda 91 ölkədən 693 atlet medallar uğrunda mübarizə aparır. Dünya çempionatında Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər.
Bu gün onlardan daha biri körpücük üzərinə çıxıb. Paşa İbrahimli 73 kq çəki dərəcəsinin C qrupunda qüvvəsini sınayıb.
Altetimiz toplam 287 kq (131+156) nəticə ilə bu qrupda 13-cü yeri tutub. Paşa İbrahimlinin yekun sıralamadakı yeri B və A qruplarındakı yarışlar başa çatandan sonra məlum olacaq.