1-10 noyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçiriləcək kişilər və qadınlar arasında ağır atletika üzrə dünya çempionatı davam edir. Aşqabad Olimpiya Kompleksində təşkil olunan yarışda 91 ölkədən 693 atlet medallar uğrunda mübarizə aparır. Dünya çempionatında Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər.
Bu gün onlardan daha biri körpücük üzərinə çıxıb. Kənan Əliquliyev 81 kq çəki dərəcəsinin D qrupunda qüvvəsini sınayıb.
Atletimiz toplam 300 kq (130+170) nəticə ilə bu qrupda 7-ci yeri tutub.
Kənan Əliquliyevin yekun sıralamadakı yeri C, B və A qrupundakı yarışlar başa çatandan sonra bilinəcək.