1-10 noyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçiriləcək kişilər və qadınlar arasında ağır atletika üzrə dünya çempionatı davam edir. Aşqabad Olimpiya Kompleksində təşkil olunan yarışda 91 ölkədən 693 atlet medallar uğrunda mübarizə aparır. Dünya çempionatında Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak ediblər.
Bu gün onlardan sonuncusu körpücük üzərinə çıxıb. Tarmenxan Babayev 89 kq çəki dərəcəsinin C qrupunda qüvvəsini sınayıb.
Atletimiz toplam 295 kq (135+160) nəticə ilə bu qrupda 12-ci yeri tutub.
Tarmenxan Babayevin yekun sıralamadakı yeri B və A qruplarındakı mübarizə başa çatandan sonra məlum olacaq.