Asif Məmmədov: “Yığma komandaya yeni üzvlər cəlb olunacaq”

“Şüvəlan qəsəbəsində baş tutan ağır atletika üzrə Azərbaycan kuboku gərgin mübarizə şəraitində keçməsi ilə diqqət çəkir, idmançılar arasında yüksək əhval-ruhiyyə var. Bu yarışda qalib adını qazanan idmançılarımızı təbrik edirəm”.

Bu sözləri ağır atletika üzrə yığma komandanın baş məşqçisi Asif Məmmədov AAAF TV-yə müsahibəsində deyib. O qeyd edib ki, ilin son yarışlarından biri olan ölkə kuboku növbəti ildə yığma komandanın tərkibinə yeni üzvlərin cəlb olunması baxımından böyük əhəmiyyətə malikdir: “Ölkə kubokunun əsas məqsədlərindən biri də yeni, perspektivli idmançıları üzə çıxarmaqdır. Bu nöqteyi nəzərdən deyə bilərik ki, gələn il yığma komandaya yeni üzvlər cəlb olunacaq”.

Baş məşqçi qarşıdakı ayda Misir və Qətərdə təşkil olunacaq iki vacib turnir barədə məlumat verərək, yarışda iştirak edəcək ağır atletlərimizin siyahısını da diqqətə çatdırıb.

Paylaş
Şərh yaz