Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku yekunlaşıb. Körpücük üzərinə son olaraq 89, 96, 102, 109 və +109 kq çəki dərəcələrində mübarizə aparan kişilər çıxıb.
102 kq çəkidə çıxış edən Əliş Nəzərov hamıdan güclü olaraq qalib gəlməyi bacarıb. İdmançı yarışdan sonra sevinc hisslərini AAAF TV –yə danışıb: “Ölkə kuboku yüksək səviyyədə təşkil olunub. Buna görə federasiya rəsmilərinə təşəkkürümü bildirirəm. Nəticəm qənaətbəxş oldu. Ümid edirəm ki, məşqçilərim də çıxışımdan razı qaldılar”.