7-8 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı davam edir. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.
Kişilər arasında 61 kq çəki dərəcəsində mükafatçılarına adına aydınlıq gəlib. Lənkəran idmançısı Elşən Məmmədov toplam 223 kq (98+125) nəticə göstərərək Azərbaycan çempionu olub. Sonrakı pillələrdə müvafiq olaraq toplam 218 kq (96+122) nəticə ilə Nurlan Məmmədzadə və toplam 215 kq (96+119) nəticə ilə Fuad Həsənov qərarlaşıb.
Təbrik edirik!
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
61 kq
N | Adı | İl | Şəhər | Klub | Çəkisi | Birdən | Təkanla | Toplam |
1. | Məmmədov Elşən | 2004 | Lənkəran | Zİrvə | 60.4 | 98 | 125 | 223 |
2. | Məmmədzadə Nurlan | 2004 | Qazax | Zirvə | 61.0 | 96 | 122 | 218 |
3. | Həsənov Fuad | 2003 | Lənkəran | UGİM | 59.7 | 96 | 119 | 215 |
4. | İsazadə Rüfət | 2000 | Gəncə | Təhsil | 60.5 | 87 | 98 | 185 |
5. | Əhmədov Esmin | 1996 | Gəncə | Təhsil | 61.0 | 93 | – | – |
6. | Səmədov Ülvi | 1998 | Neftçala | Zirvə | 60.4 | 0 | – | – |
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action