Ağır Atletika Akademiyasının yarış zalında baş tutan kişilər və qadınlar arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib. Mərasimdə Gənclər və İdman Nazirinin müavini, AAAF-ın vitse-prezidenti İsmayıl İsmayılov çıxış edərək ölkədə idmana göstərilən dövlət qayğısından danışdı. Ötən il müxəlif idman növləri üzrə idmançılarımızın qazandığı nailiyyətləri diqqətə çatdıran İsmayıl İsmayılov, ağır atletika üzrə ölkə çempionatında iştirak edən idmançılara uğurlar da arzuladı. Azərbaycan Respublikası Dövlət Himinin səslənməsi ilə yarış açıq elan edildi.
Bildirək ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.