Ustad ağır atletlər arasında Azərbaycan çempionatı keçirilib

Fevral ayının 8-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında ustad ağır atletlər arasında Azərbaycan çempionatı keçirilib. Yarışda müxtəlif yaşda olan atletlər medallar uğrunda mübarizə aparıblar. Qaliblər Sinkleyr və Manone-Meltzer cədvəlinə əsasən müəyyən ediliblər.

Qızıl medalı gözlənildiyi kimi Vladimir Jilyayev qazanıb. 71 yaşlı atlet toplam 160 kq (70+90) nəticə 369.30 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Sonrakı yerləri müvafiq olaraq 225 kq (102+123) nəticə və 345.16 xalla Zəfər Tağıyev və toplam 265 kq (120+145) nəticə və 339.55 xalla Namiq Cəmilov tutublar.

Təbrik edirik!

N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam Xal
1. Jilyayev Vladimir 1948 Bakı Zirvə 90.7 70 90 160 369.30
2. Tağıyev Zəfər 1973 Samux Zirvə 74.5 102 123 225 345.16
3. Cəmilov Namiq 1982 Gəncə ARV 88.6 120 145 265 339.55
4. Quliyev Səddar 1950 Sumqayıt Zirvə 80.0 66 83 149 338.30
5. Əkbərov Emin 1973 Sumqayıt Zirvə 87.8 100 1110 220 296.45
6. Xıdırov Qələndər 1955 Ağdam Zirvə 75.3 60 83 143 290.10
7. Vəliyev Nahid 1983 Gəncə Təhsil 89.9 101 121 222 279.25
8. Bayramov Viruz 1984 Sumqayıt Zirvə 91.0 85 105 190 234.49

 

Paylaş
Şərh yaz