Ömər Cavadov dünya birinciliyində bürünc medal qazandı!

8-16 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyi start götürüb. 50 ölkədən 200-dən çox atletin mübarizə apardığı yarışda Azərbaycan milli komandasının üzvləri də iştirak edirlər. Bu gün onlardan ilk olaraq körpücük üzərinə Ömər Cavadov çıxıb. O, 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində hər üçün yanaşmasını uğurla yerinə yetirib 96 kq nəticə göstərin. Bu nəticə ilə o, bu hərəkətdə dünya birinciliyinin bürünc medalına sahib çıxıb. Bu, Azərbaycan yeniyetmələrinin dünya birinciliklərində 7 illlik fasilədən sonra əldə etdiyi ilk medaldır. Sonuncu dəfə 2012-ci ildə Slovakiyanın Koşitse şəhərində keçirilən yarışda +94 kq çəki dərəcəsində Azər Məmmədli nail olmuşdu.

Ömər təkanla qaldırma hərəkətində nisbətən zəif çıxış edərək 115 kq-ı başı üzərinə qaldırıb. O, bu hərəkətdə 9-cu yeri tutub.

Toplam 211 kq (96+115) nəticə göstərən Cavadov yekun sıralamada 4-cü pillədə qərarlaşıb.

Atletimizi dünya birinciliyndə qazandığı medal münasibətilə təbrik edir, bu uğurda əməyi olan hər kəsə təşəkkür edir, uğurlarımızın davamlı olmasını arzulayırıq!

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action

 

Paylaş
Şərh yaz