Əliş Nəzərov Avropa çempionatındakı çıxışlarımıza yekun vurdu

6-13 aprel tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. 42 ölkədən 401 atletin (187 qadın və 214 kişi) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də mübarizəyə qoşulublar.

Turnirdə körpücük üzərinə son olaraq Əliş Nəzərov çıxıb. O, 102 kq çəki dərəcəsinin B qrupunda yarışıb. Atletimiz toplam 332 kq (151+181) nəticə ilə öz qrupunda 5-ci yeri tutub. Nəzərovun yekun sıralamada tutacağı yer A qrupundakı mübarizə bitəndən sonra bilinəcək.

Paylaş
Şərh yaz