5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda ilk olaraq ağır atletika üzrə qaliblər müəyyən edilir.
7 ölkədən – Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan olan 200-ə yaxın uşaq ağır atletin qatılacağı turnirdə ikinci yarış günündə oğlanlar 46 kq çəki dərəcəsində mübariz aparıblar.
Qazax atleti Ravin Məmmədov toplam 136 kq (60+76) nəticə ilə qızıl medalçı adını qazanıb. Yunis Həsənli 132 kq (61+71) nəticə ilə gümüş, Elmar Səfərov isə 116 kq (53+63) nəticə ilə bürünc medala sahib çıxıb.
46 kq
N | Adı | İl | Ölkə/Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Məmmədov Ravin | 2006 | Qazax | Zirvə | 45.8 | 60 | 76 | 136 |
2. | Həsənli Yunis | 2005 | Lənkəran | Zirvə | 45.3 | 61 | 71 | 132 |
3. | Səfərov Elmar | 2005 | Neftçala | Zirvə | 45.3 | 53 | 63 | 116 |
4. | Mustafayev Nurlan | 2006 | Qazax | UGİM | 45.8 | 52 | 62 | 114 |
5. | Rüstəmov Yusub | 2005 | Lənkəran | Təhsil | 45.5 | 48 | 63 | 111 |
6. | Mürsəliyev Ağadadaş | 2005 | Qobustan | Zirvə | 44.8 | 41 | 56 | 97 |
7. | Yerevanlı Mübariz | 2005 | Qazax | UGİM | 43.3 | 42 | 52 | 94 |
8. | Quluzadə Mətin | 2006 | Goranboy | UGİM | 44.6 | 42 | 50 | 92 |
9. | Aslanov Hüseyn | 2006 | Lerik | Zirvə | 45.3 | 38 | 53 | 91 |
10. | Süleymanov Dilavər | 2006 | Xırdalan | Zirvə | 43.3 | 37 | 48 | 85 |
11. | Nəzərov Nəcəf | 2006 | Qobustan | Zirvə | 44.9 | 35 | 44 | 79 |
12. | Məmmədov Elxan | 2007 | Goranboy | UGİM | 45.9 | 32 | 40 | 72 |
“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.
“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.