Kerem Kurnaz Türkiyəyə ikinci qızılı qazandırdı

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda ilk olaraq ağır atletika üzrə qaliblər müəyyən edilir.

7 ölkədən – Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan olan 200-ə yaxın uşaq ağır atletin qatılacağı turnirdə ikinci yarış günündə oğlanlar 55 kq çəki dərəcəsində mübarizə aparıblar.

Türkiyəli atlet Kerem Kurnaz toplam 172 kq (76+96) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Lerikli Elgün Mürşüdov 156 kq (71+85) nəticə ilə ikinci, Lənkəran atleti Emin Əkbərov isə 145 kq (64+81) nəticə ilə üçüncü pillədə qərarlaşıb.

55 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Kurnaz Kerem 2006 Türkiyə Zirvə 54.3 76 96 172
2. Mürşüdov Elgün 2006 Lerik Zirvə 54.5 71 85 156
3. Əkbərov Emin 2005 Lənkəran Zirvə 52.9 64 81 145
4. Məmmədzadə Muhəmmədli 2008 Qazax UGİM 54.7 61 75 136
5. Məmmədzadə Rufan 2005 Goranboy Zirvə 55.0 60 75 135
6. Oçiqava Levan 2006 Gürcüstan Zirvə 51.8 54 70 124
7. Əliyev Eşqin 2005 Gəncə Təhsil 51.6 45 60 105
8. Qasımov Sadiq 2005 Cəlilabad UGİM 52.2 46 56 102
9. Qurbanov Yaşar 2007 Bakı Spartak 50.7 44 58 102
10. Estehmami Mohammad 2008 İran Zirvə 53.0 40 55 95
11. Xub Salar 2008 İran Zirvə 54.4 40 55 95
12. Dadaşov Kənan 2005 Lənkəran Zirvə 52.3 40 50 90
13. Arıxov Məhəmməd 2006 Qazax UGİM 53.3 41 45 86

 

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

Paylaş
Şərh yaz