5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” start götürüb. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda ilk olaraq ağır atletika üzrə qaliblər müəyyən edilib.
7 ölkədən – Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan olan 150-ə yaxın uşaq ağır atletin qatılacağı turnirdə ikinci yarış günündə son olaraq oğlanlar +61 kq çəki dərəcəsində mübarizə aparıblar.
İranlı atlet Taha Nemati toplam 270 kq (125+145) nəticə ilə qızıl medala sahib çıxıb. Gümüş medalı toplam 214 kq (100+114) nəticə ilə ukraynalı Yuri Kojuxar, bürünc medalı isə toplam 209 kq (94+115) nəticə ilə bakılı Hacı Əlimanov boynundan asıb.
+61 kq
N | Adı | İl | Ölkə/Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Nemata Taha | 2006 | İran | Zirvə | 96.3 | 125 | 145 | 270 |
2. | Kojuxar Yuri | 2005 | Ukrayna | Zirvə | 94.1 | 100 | 114 | 214 |
3. | Əlimanov Hacı | 2005 | Bakı | Təhsil | 78.4 | 94 | 115 | 209 |
4. | Arjomandibağa Səccad | 2006 | İran | Zirvə | 82.3 | 90 | 100 | 190 |
5. | Çebotaru Daniel-Kalin | 2005 | Moldova | Zirvə | 69.7 | 85 | 103 | 188 |
6. | İsmayılov Əbdülmətin | 2005 | Qazax | Zirvə | 68.0 | 80 | 95 | 175 |
7. | Ebrahimzadeh Erfan | 2006 | İran | Zirvə | 89.6 | 75 | 89 | 164 |
8. | Fətəliyev Hüseyn | 2005 | Lənkəran | Zirvə | 84.9 | 75 | 87 | 162 |
9. | Bayramov Abdulrəşid | 2005 | Xırdalan | Zirvə | 77.8 | 70 | 88 | 158 |
10. | Quliyev Nurəddin | 2005 | Gəncə | Təhsil | 81.4 | 68 | 83 | 151 |
11. | Orucov Səbuhi | 2005 | Qazax | Zirvə | 65.6 | 60 | 77 | 137 |
12. | Babazadə Murad | 2005 | Sumqayıt | Zirvə | 85.8 | 56 | 75 | 131 |
13. | Osintsov Maksim | 2006 | İsrail | Zirvə | 72.1 | 45 | 55 | 100 |
14. | Əliyev İmaməli | 2005 | Goranboy | UGİM | 63.2 | 55 | – | – |
“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.
“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action