Tehran Məmmədov Azərbaycan çempionu oldu

11-12 may tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi start götürüb. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.

Kişilər arasında körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan atletlər çıxıblar. Qobustanlı Tehran Məmmədov toplam 196 kq (90+106) nəticə ilə bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb. İkinci pillədə toplam 190 kq (86+104) nəticə ilə İsmayıl Məmmədov, üçüncü pillədə isə 176 kq (80+96) nəticə ilə Əvəz tağıyev tutub.

Təbrik edirik!

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

 

Kişilər. 55 kq.

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Məmmədov Tehran 2002 Qobustan UGİM 55.0 90 106 196
2. Məmmədov İsmayıl 2000 Lerik Zirvə 54.6 86 104 190
3. Tağıyev Əvəz 2002 Neftçala Zirvə 50.3 80 96 176
4. Həsənli Nihad 2002 Lənkəran Zirvə 51.3 69 87 156
5. Hüseynli Fizuli 2002 Sumqayıt Təhsil 54.5 71 80 151
6. Cəmilov Ülvi 2003 Gəncə Təhsil 54.5 64 82 146
7. Hacıyev Elşad 2004 Xırdalan Zirvə 54.8 60 70 130
8. Quliyev Namiq 2004 Neftçala Zirvə 49.8 58 69 127
9. Qurbanov Ruslan 2002 Qobustan UGİM 49.7 53 0 0

 

 

Paylaş
Şərh yaz