Elşən Məmmədov qızıl medal qazandı

11-12 may tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ilk yarış günü arxada qalıb. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.

Günün sonunda kişilər arasında çəkisi 61 kq-a qədər olan atletlər mübarizəyə qoşulublar. Toplam 226 kq (100+126) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Elşn Məmmədov qalib adını qazanıb. Sonrakı yerləri müvafiq olaraq toplam 222 kq (101+121) nəticə ilə Rusif Əhmədov, toplam 218 kq (98+120) nəticə ilə Ömər Cavadov tutublar.

Təbrik edirik!

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

 

Kişilər. 61 kq.

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Məmmədov Elşən 2004 Lənkəran Zİrvə 61.0 100 126 226
2. Əhmədov Rusif 2001 Bakı Təhsil 60.4 101 121 222
3. Cavadov Ömər 2002 Xırdalan Zirvə 61.0 98 120 218
4. Həsənov Fuad 2003 Lənkəran UGİM 58.6 95 120 215
5. Sahibov Sənan 2004 Qobustan Zirvə 59.5 82 105 187
6. Nəbiyev Kamil 2003 Bakı Spartak 61.0 80 105 185
7. Heydərov Cavid 2002 Neftçala Zirvə 59.7 80 100 180
8. Qəmbərzadə İsmayıl 2003 Lənkəran Təhsil 60.1 80 96 176
9. Məlikov Soltan 2004 Neftçala Zirvə 60.0 74 87 161
10. Əliyev Pərviz 2004 Gəncə Təhsil 59.9 74 86 160
11. Nəbiyev Ravil 2004 Bakı Spartak 55.6 70 89 159
12. Əkbərov İsmayıl 2004 Neftçala Zirvə 60.7 68

 

 

 

Paylaş
Şərh yaz