Kənan Xəlilov Azərbaycan birinciliyinin qalibidir

11-12 may tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə start verilib. Körpücük üzərinə çəkisi 73 kq-a qədər olan atletlər çıxıblar.

Toplam 270 kq (125+145) nəticə ilə Kənan Xəlilov fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Gümüş medalı toplam 261 kq (115+146) nəticə ilə Elməddin Hüseynov, bürünc medalı isə toplam 254 kq (112+142) nəticə ilə Elşad Şərifov qazanıb.

Təbrik edirik!

Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

 

Kişilər. 73 kq.

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Xəlilov Kənan 1999 Neftçala Zirvə 72.9 125 145 270
2. Hüseynov Elməddin 2001 Şamaxı Zirvə 70.0 115 146 261
3. Şərifov Elşad 1997 Şamaxı Zirvə 71.6 112 142 254
4. Alxasov Saleh 2001 Lerik Zirvə 70.0 112 138 250
5. Şərifov Elşən 1996 Şamaxı Zirvə 72.4 108 136 244
6. Sahibov Həsənağa 2002 Qobustan UGİM 69.5 110 130 240
7. Mürşüdov Səlimxan 2003 Qobustan Zİrvə 71.2 100 107 207
8. Babayev Səxavət 1997 Şamaxı Zirvə 70.6 92 115 207
9. Zeynalov Əli 2000 Goranboy Təhsil 70.9 86 106 192
10. Həsənov Nizami 2001 Gəncə Təhsil 73.0 90 100 190
11. Yusifov Murad 2003 Goranboy Zirvə 70.2 80 100 180

 

 

 

Paylaş
Şərh yaz