11-12 may tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə start verilib. Körpücük üzərinə çəkisi 81 kq-a qədər olan atletlər çıxıblar.
Toplam 286 kq (130+156) nəticə ilə Füqan Əliyüv rəqiblərini böyük üstünlüklə arxada qoyub və qızıl medala layiq görülüb. Gümüş medal toplam 278 kq (123+155) nəticə ilə İsmayıl Baxışova, bürünc medal isə toplam 242 kq (107+135) nəticə ilə İsa Həsənliyə qismət olub.
Təbrik edirik!
Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Kişilər. 81 kq.
N | Adı | İl | Ölkə/Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Əliyev Füqan | 2001 | Lerik | Zirvə | 80.5 | 130 | 156 | 286 |
2. | Baxışov İsmayıl | 2001 | Qobustan | Zİrvə | 80.0 | 123 | 155 | 278 |
3. | Həsənli İsa | 2002 | Lənkəran | UGİM | 80.9 | 107 | 135 | 242 |
4. | Hüseynov Zaur | 2004 | Qazax | UGİM | 78.4 | 90 | 110 | 200 |
5. | Məmmədov İlkin | 2003 | Bakı | Təhsil | 76.1 | 90 | 106 | 196 |
6. | Muradlı İltimaz | 2004 | Lənkəran | Zirvə | 76.4 | 70 | – | – |
U-23 | Əliquliyev Kənan | 1998 | Lənkəran | Zirvə | 80.4 | 136 | 167 | 303 |