11-12 may tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə yekun vurlub. Körpücük üzərinə son olaraq çəkisi 89 kq, 96 kq, 102 kq + 109 kq-a qədər olan atletlər çıxıblar.
Müvafiq olaraq öz çəkilərində toplam 241 kq (114+127) nəticə ilə Yaşar Mamayev, toplam 290 kq (135+155) nəticə ilə Tarmenxan Babayev, toplam 290 kq (130+160) nəticə ilə Əliş Nəzərov və toplam 300 kq (125+175) nəticə ilə İsmayıl Qurbanov qalib adını qazanıblar.
Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edib. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Kişilər. 89 kq.
N | Adı | İl | Ölkə/Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Mamayev Yaşar | 2003 | Neftçala | Zirvə | 81.7 | 114 | 127 | 241 |
2. | Quliyev Əli | 2003 | Goranboy | UGİM | 81.1 | 105 | 130 | 235 |
3. | Mustafayev Coşqun | 2002 | Qazax | UGİM | 81.3 | 97 | 115 | 212 |
4. | Rəhimli Cavid | 1998 | Qazax | Zİrvə | 83.6 | 115 | 135 | 250 |
5. | Qasımzadə Ümüd | 2001 | Cəlilabad | Zirvə | 82.3 | 106 | 131 | 237 |
Kişilər. 96 kq.
N | Adı | İl | Ölkə/Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Babayev Tarmenxan | 2002 | Şərur | Təhsil | 91.0 | 135 | 155 | 290 |
2. | Şükürlü Əli | 2003 | Sumqayıt | Zirvə | 94.0 | 126 | 160 | 286 |
Kişilər. 102 kq.
N | Adı | İl | Ölkə/Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Nəzərov Əliş | 1999 | Bakı | Təhsil | 100.6 | 130 | 160 | 290 |
Kişilər. +109 kq.
N | Adı | İl | Ölkə/Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Qurbanov İsmayıl | 2000 | Qobustan | Zirvə | 117.9 | 125 | 175 | 300 |