Ramazan Bayramınız Mübarək!

Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Müqəddəs Ramazan ayı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmizvicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.

Orucluq Ramazan ayında təzə Ay çıxandan başlanır və 29-30 gün davam edir. Quranda yazılır: “Yeyin, için, ta qara sap ağ sapdan seçilənədək, sonra qaranlıq düşənədək oruc tutun”

Orucluq islamdan da əvvəl mövcud idi. Hələ qədim ərəblər öz allahları rizasına oruc tuturdular. Bu barədə Quranda deyilir: “Sizlərə oruc tutmaq buyrulduğu kimi, bizdən əvvəlkilərə də buyrulmuşdur”.

On bir ayın soltanı olan Ramazan bayramı Azərbaycanda da geniş şəkildə qeyd olunur. Belə ki, bu gün və sabah xalqımız bu müqəddəs bayramı qeyd edəcək.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.

Azərbaycan Ağır Atletika Federasiyası HƏR KƏSİ MÜQƏDDƏS RAMAZAN BAYRAMI MÜNASİBƏTI İLƏ TƏBRİK EDİR!

Ürəyində Allah sevgisi olan hər bir mömin bacı-qardaşımızı təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayırıq.

Allahdan etdiyiniz dualar, tutduğunuz oruc və qıldığınız namazlar qəbul olsun!

Ramazan Bayramınız Mübarək!

Paylaş
Şərh yaz