01-09 iyun tarixlərində Ficinin paytaxtı Suvada keçirilən gənclər arasında ağır atletika üzrə dünya çempionatı davam edir. 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də körpücük üzərinə çıxıblar.
Kişilər arasında mübarizəyə Əliş Nəzərov qoşulub. O, 102 kq çəki dərəcəsində yarışıb. Atletimiz toplam 318 kq (143+175) nəticə ilə 7-ci yeri tutub.