12-19 iyun tarixlərində Finlandiyanın Rovaniemi şəhərində ustad ağır atletlər arasında Avropa çempionatı keçirilib. 30-dan çox ölkədən 500-ə yaxın atletin qatıldığı yarışda Azərbaycan təmsilçiləri də körpücük üzərinə çıxıblar.
M-60 (yaşı 60-64-ə qədər olan kişi ustad ağır atletlər) qrupunun 55 kq çəki dərəcəsində Akif Alıyev qüvvəsini sınayıb. O, toplam 124 kq (58+66) nəticə ilə Avropa çempionatında gümüş medala sahib çıxıb.
M-70 (yaşı 70-74-ə qədər olan kişi ustad ağır atletlər) qrupunun 96 kq çəki dərəcəsində isə Vladimir Jilyayev mübarizəyə qoşulub. O da toplam 163 kq (72+91) nəticə ilə Avropa çempionatında gümüş medal qazanıb.
Təbrik edirik!