İyul ayının 27-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçiriləcək 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində ikinci yarış günü davam edir. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.
Yaşı 15-ə qədər olan oğlanlarda son olaraq çəkisi 89, 96 və 102 kq-a qədər olan atletlər qüvvələrini sınayıblar. 89 kq çəki dərəcəsində toplam 216 kq (96+120) nəticə ilə Hacı Əlimanov, 96 kq çəki dərəcəsində toplam 130 kq (60+70) nəticə ilə Sadiq Aslanlı, 102 kq çəki dərəcəsində isə toplam 71 kq (30+41) nəticə ilə Şamil Səlimli qalib adını qazanıblar.
Təbrik edirik!
Yarışın keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.
89 kq. U-15.
N | Adı | İl | Rayon | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Əlimanov Hacı | 2005 | Bakı | Təhsil | 82.2 | 96 | 120 | 216 |
2. | Fətəliyev Hüseyn | 2005 | Lənkəran | Zirvə | 85.8 | 80 | 103 | 183 |
3. | Məmmədov Fərhad | 2004 | Gəncə | Təhsil | 81.8 | 75 | 95 | 170 |
4. | Quliyev Nurəddin | 2005 | Gəncə | Təhsil | 86.4 | 72 | 85 | 157 |
5. | Zeynalzadə Emil | 2004 | Lerik | Təhsil | 86.5 | 62 | 81 | 143 |
6. | Babazadə Murad | 2005 | Sumqayıt | Zirvə | 88.9 | 52 | – | – |
96 kq. U-15.
N | Adı | İl | Rayon | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Aslan Sadiq | 2004 | Sumqayıt | Təhsil | 92.2 | 60 | 70 | 130 |
2. | İbrahimov Fuad | 2005 | Bakı | Təhsil | 89.4 | 45 | 59 | 104 |
102 kq. U-15.
N | Adı | İl | Rayon | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Səlimli Şamil | 2005 | Bakı | Təhsil | 97.4 | 30 | 41 | 71 |