İyul ayının 27-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə yekun vurulub. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib.
Körpücüyə son olaraq yaşı 17-yə qədər olan oğlanlar arasında çəkisi 81, 89, 96, 102 və +102 kq olan atletlər çıxıblar. 81 kq-da toplam 267 kq (115+142) nəticə ilə İsa Həsənli, 89 kq-da toplam 323 kq (146+177) nəticə ilə Tarmenxan Babayev, 96 kq-da toplam 215 kq (100+115) nəticə ilə Kənan Zamanov, 102 kq-da toplam 296 kq (131+165) nəticə ilə Əli Şükürlü, +102 kq çəki dərəcəsində isə toplam 265 kq (120+145) nəticə ilə Rəhman Kazımov qızıl medal qazanıb.
Çempionlar yarış təəəsüratlarını AAAF TV ilə bölüşüblər: