Mərziyyə Məhərrəmova Avropa birinciliyindəki çıxışlarımıza start verdi

17-27 oktyabr tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaş 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib. 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar.

Bu gün onlardan ilk olaraq Mərziyyə Məhərrəmova körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlərin 49 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

İdmançımız toplam 146 kq (66+80) nəticə ilə bu çəki dərəcəsində 4-cü yeri tutub.

Paylaş
Şərh yaz