Kənan Əliquliyev Avropa birinciliyində mübarizə apardı

17-27 oktyabr tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar.

Bu gün onlardan daha biri – Kənan Əliquliyev körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlərin 81 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

İdmançımız toplam 295 kq (127+168) nəticə ilə 6-cı yeri tutub.

Paylaş
Şərh yaz