İsmayıl Qurbanov çıxışlarımıza yekun vurdu

17-27 oktyabr tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi bitmək üzrədir. 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar.

Bu gün onlardan son olaraq İsmayıl Qurbanov körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlərin +109 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz toplam 320 kq (135+185) nəticə ilə 11-ci yeri tutub.

Paylaş
Şərh yaz