9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür. 1918-ci ilin bu günü Dövlət bayrağımız Bakıda, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və ilk dəfə olaraq qaldırılmışdır.
Üçrəngli bayrağımızın qırmızı rəngi müasirlik, yaşıl rəngi islamçılıq, göy rəngi isə türkçülüyün rəmzidir.
Ağır atletlərdən ibarət Azərbaycan yığma komandası və Azərbaycan Ağır Atletika Federasiyası bütün Azərbaycan xalqını Bayraq Günü münasibətilə təbrik edir və bu münasibətlə hazırlanan qısa videoçarxı diqqətinizə təqdim edir: