Azərbaycan Kubokuna ağır çəkili atletlərin mübarizəsi ilə yekun vuruldu

9-10 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb.

Son olaraq körpücük üzərinə ağır çəkili atletlər çıxıblar. 96, 102, 109 və +109 kq çəki dərəcələrində müvafiq olaraq Kamran İsmayılov, Nailxan Nəbiyev, Əliş Nəzərov və İsmayıl Qurbanov qalib gəliblər.

Təbrik edirik!

Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

 

96 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. İsmayılov Kamran 1993 Sumqayıt Zirvə-Aviator 95.7 143 172 315
2. Qasımzadə Ümüd 2001 Cəlilabad UGİM 89.4 115 130 245

 

102 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Nəbiyev Nailxan 1994 Bakı Spartak-Aviator 97.5 140 185 325
2. Şükürlü Əli 2003 Sumqayıt MOİK-Aviator 97.2 132 172 304

 

109 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Nəzərov Əliş 1999 Bakı Təhsil-Aviator 103.1 145 173 318

 

+109 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Qurbanov İsmayıl 2000 Qobustan Zirvə 129.0 135 185 320
2. Kazımov Rəhman 2002 Xırdalan Zirvə-Aviator 117.2 136 180 316

 

Paylaş
Şərh yaz