7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.
Yaşı 17-yə qədər olan atletlərdə 61 kq çəki dərəcəsində Tehran Məmmədov qüvvəsini sınayıb. Atletimiz toplam 220 kq (100+120) nəticə ilə yekun sıralamada 9-cu yeri tutub.