7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.
Yaşı 17-yə qədər olan atletlərdə 73 kq çəki dərəcəsində iki idmançımız – Samir Əskərzadə və Həsənağa Sahibov qüvvələrini sınayıblar.
Samir Əskərzadə toplam 264 kq (122+142) nəticə ilə 7-ci, Həsənağa Sahibov isə toplam 265 kq (118+147) nəticə ilə yekun sıralamada 8-ci yeri tutub.