7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.
Yaşı 17-yə qədər olan atletlərdə 81 kq çəki dərəcəsində İsa Həsənli qüvvəsini sınayır. Atletimiz toplam 260 kq (115+145) nəticə ilə yekun sıralamada 11-ci yeri tutub.