Boyanka Kostova 6-cı Qətər Kubokunun qalibi oldu

19-24 dekabr tarixlərində Qətərin paytaxtı Dohada keçirilən ağır atletika üzrə 6-cı Qətər Beynəlxalq Kuboku start götürüb. Tokio 2020 Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda Azərbaycan yığmasının üzvləri də iştirak edirlər.

Bu gün onlardan ilk olaraq Boyanka Kostova körpücük üzərinə çıxıb. O, 59 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz toplam 221 kq (101+120) nəticə ilə bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi adını qazanıb.

Təbrik edirik!

Paylaş
Şərh yaz