Hacıbaba Əskərovun xatirəsinə həsr olunmuş turnir keçiriləcək

Dekabrın 28-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında Azərbaycanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Hacibaba Əskərovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Respublika turniri keçiriləcək. Şəxsi xarakter daşıyan yarışda qadın və kişi ağır atletlər, həmçinin ustadlar iştirak edəcək, qaliblər Sinkleyr cədvəli əsasında müəyyən ediləcək. Qalib və mükafatçılara müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri təqdim olunacaq.

Xatirə turnirinin təşkilində məqsəd Hacibaba Əskərovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağır atletika idman növünün inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Yarışın vaxt cədvəli ilə tanış olun:

Çəki dərəcəsi    Çəkilmə Yarış
Qadınlar    09:00 11:00
                                                                               AÇILIŞ MƏRASİMİ    12:30
Kişilər    11:00 13:00
Ustadlar    13:00 15:00
Paylaş
Şərh yaz