Ömər Cavadov fəxri kürsünün ən yüksək pilləsində!

????????????????????????????????????

21-22 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatında ilk yarış günü başa çatıb.

Son olaraq kişilər arasında 67 kq çəki dərəcəsində qaliblər müəyyən olunub. Toplam 239 kq (110+129) nəticə ilə Ömər Cavadov bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb. İkinci pillədə toplam 238 kq (111+127) nəticə ilə Murad Əliyev, üçüncü pillədə isə toplam 230 kq (100+130) nəticə ilə Elməddin Hüseynov yer alıb.

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

67 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Cavadov Ömər 2002 Xırdalan Zirvə 66.4 110 129 239
2. Əliyev Murad 2003 Sumqayıt Zirvə 65.8 111 127 238
3. Hüseynov Elməddin 2001 Şamaxı Zirvə 64.4 100 130 230
4. Sahibov Sənan 2004 Qobustan Zirvə 65.0 103 122 225
5. Bağırov Fərid 1998 Bakı MOİK 66.3 106 118 224
6. Nəbiyev Kamil 2003 Bakı Spartak 65.5 95 118 213
7. Muxtarlı Novruz 2002 Sumqayıt Təhsil 66.0 97 115 212
8. Həsənov Fuad 2003 Lənkəran UGİM 61.3 95 115 210
9. Qasimov Rüstəm 2002 Lənkəran Təhsil 63.3 101 105 206
10. Abdullayev Elbrus 2004 Neftçala Zirvə 66.7 85 100 185
11. Heydərov Cavid 2002 Neftçala Zirvə 64.5 73 92 165
12. Məmmədli Ədalət 2004 İsmayıllı Zirvə 65.3 85
13. Əliyev Pərviz 2004 Gəncə Təhsil 65.9
14. Abdullazadə Çingiz 2004 Lənkəran Təhsil 66.6 90

 

Paylaş
Şərh yaz